top of page
  • Фото автораJavid Karimov

PHP məsələ və tasklar


Bu postda phpdə task/məsələ həll etməyi xoşlayanlar üçün bir neçə task var


1. Xoşbəxt biletlər

6 rəqəmli xoşbəxt biletləri ekranda göstərin. Xoşbəxt bilet o biletdir ki - biletin ilk 3 rəqəminin cəmi sonrakı 3 rəqəminin cəminə bərabərdir. (6 rəqəmli bilet). Bu cür biletlərin sayının nə qədər olduğunu və onların ümumi bilet sayının neçə faizini təşkil etdiyini hesablayın.

Nümunə bilet: 123015 - xoşbəxt bilet sayılır. Cünki: 1+2+3 = 0+1+5

2. Qiymətin artırılması

Daxilində rəqəm yazılmış mətn verilib. Mətn daxilindəki rəqəmləri tapıb onları 10% artırın. Mətni yeni rəqəmlərlə yenidən göstərin.

Nümunə mətn: "mətn 10$ mətn". Dəyişdikdən sonra: "mətn 11$ mətn"

3. Stringi massivə çevirmək.

Sizə bir string verilir. Məsələn: "123456789", Onu massivə elə çevirin ki, nəticə bu formada olsun: array('1', '23', '456', '7890') və bu formada string bitənə qədər davam etsin. Cavablarınızı komentdə yaza bilərsiniz.

6 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page